AZ

"Ölüm adası": Bu ölkədə turistlər sirli şəkildə ölürlər

Tailandın Ko Tao adası son illər baş verən müəmmalı hadisələr səbəbilə “ölüm adası” kimi tanınmağa başlayıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu reputasiya 2014-cü ildən sonra bir sıra turist ölümləri ilə formalaşıb. Həmin ilin sentyabrında 24 yaşlı britaniyalı Devid Miller və 23 yaşlı Hanna Uizeric çimərlikdə qətlə yetirilmiş halda tapılıb. Onların cəsədləri “Sairee Beach” sahilində aşkarlanıb və hadisə böyük rezonans doğurub.

Elə həmin il adada daha bir britaniyalı turist Nik Pirson həyatını itirib. Bir il sonra isə fransalı turist Dimitri Povse otelin eyvanında ölü tapılıb.

Qorxulu hadisələr sırasında Rusiya vətəndaşı da var. 2017-ci ildə 23 yaşlı Valentina Novozenova adada itkin düşüb. Müşahidə kameraları onun sahil istiqamətində getdiyini qeydə alsa da, sonrakı taleyi ilə bağlı heç bir iz tapılmayıb. Polis onun suda boğulmuş ola biləcəyini ehtimal etsə də, bu versiyanı təsdiqləyən sübutlar təqdim edilməyib.

Seçilən
74
publika.az

1Mənbələr