AZ

Premyer Liqada turun sensasiyası: “Qarabağ” “Kəpəz”ə uduzub

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 20 mart, AZƏRTAC

Futbol üzrə Misli Premyer Liqasında XXV turun daha bir oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, “Qarabağ” Yevlaxda “Kəpəz”in qonağı olub və gözlənilmədən rəqibinə uduzub – 0:1. Yeganə qolu 45-ci dəqiqədə Fərid Nəbiyev vurub.

Çempionluq yolunda ağır zərbə alan Ağdam təmsilçisi 52 xalla 2-ci pillədə qərarlaşıb. Gəncə klubu 21 xalla 10-cudur.

Günün digər oyununda “Neftçi” öz meydanında “İmişli”ni sınağa çəkəcək. Qarşılaşma saat 19:15-də başlayacaq.

Qeyd edək ki, XXV turun əvvəlki matçlarında “Araz-Naxçıvan” səfərdə “Şamaxı”nı, “Zirə” “Karvan Yevlax”ı 1:0, “Sabah” isə evdə “Sumqayıt”ı 3:1 hesabı ilə məğlub edib. Tura martın 21-də keçiriləcək “Turan Tovuz” – “Qəbələ” görüşü ilə yekun vurulacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
45
6
azertag.az

10Mənbələr