Sumqayıt klubunun iki futbolçusu beynəlxalq oyunlar üçün milli komandalarına çağırılıb.
Offsideplus.az xəbər verir ki, Ronaldo Vaskez Dominikan Respublikası, Abdul Raşid Mumini isə Benin yığmasının heyətində yer alacaq.
Dominikan Respublikası CONCACAF Series-in ikinci mərhələsi çərçivəsində martın 27-si və 30-da müvafiq olaraq El Salvador və Kuba seçmələri ilə qarşılaşacaq.
Benin millisi isə mart ayında iki yoldaşlıq görüşü planlaşdırıb. Mumini martın 27-də Fələstin, dörd gün sonra isə Qvineya ilə keçiriləcək matçlarda iştirak edə bilər.