Əməkdar artist Firuzə İbadova sosial şəbəkədə yaşlı ifaçıların tənqid edilməsinə münasibət bildirib.
"Cebheinfo.az" xəbər verir ki, "Günə uğurla" verilişinə qatılan müğənni yeni ideyasını açıqlayıb:
"Əvvəlki mahnılarımı yeni səslə oxuyacağam. Deyirlər, yaşlı müğənnilər gedib köhnə səs yazıları ilə oxuyurlar. Siz bilirsiniz, o yaşlı nəsil nə qədər savadlıdır? 72 yaşım olacaq. Amma səsim cavan qalıb. Müğənni vaxtında yatmalı, səsini qorumalı, yaxşı qidalanmalı və çox danışmamalıdır".
"Cebheinfo.az"