AZ

Türkiyədə avtobus qəzası:Ölənlər və yaralananlar VAR

Türkiyədə sərnişin avtobusunun iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib, ölən və yaralananlar var.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, qəza Adana vilayətində qeydə alınıb.

Məlumata görə, Ankara–Osmaniye marşrutu üzrə hərəkət edən avtobus Arslanlı məhəlləsində aşıb.

Hadisə nəticəsində 2 nəfər həlak olub, 23 sərnişin müxtəlif dərəcəli xəsarətlər alıb.

Qəzanın səbəbləri araşdırılır.

Seçilən
44
1
redaktor.az

2Mənbələr