AZ

Mourinyonun köməkçisi vəfat etdi

"Benfika" və Portuqaliya millisinin sabiq qapıçısı Silvino Louro 67 yaşında vəfat edib.

Publika.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.

Loru futbolçu karyerası ərzində "Salqeyroş", "Vitoriya Setubal" və "Porto" klublarında çıxış edib. O, milli komandanın heyətində 23 oyuna da çıxıb.

Qapıçılar üzrə məşqçi kimi isə Loru Joze Mourinyo ilə birlikdə "Porto", "Çelsi", "İnter", "Real" və "Mançester Yunayted" klublarında çalışıb. Onun son iş yeri 2021-ci ilin payızında ayrıldığı "Əl-Hilal" olub.

Seçilən
28
publika.az

1Mənbələr