Moderator.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Baku TV-nin "Necə olmalıdır?" rubrikasının yeni buraxılışında paytaxtın 8 Noyabr prospekti ilə İzzət Orucova küçəsinin kəsişməsində hərəkətin təşkilində yaranan problemlərə diqqət çəkilib. Bildirilib ki, burada çətinlik yaradan məqam piyada keçidinin kəsintili olmasıdır.
Belə ki, İzzət Orucova küçəsində 8 Noyabr prospektinin əks tərəfinə keçmək istəyən piyadalar uyğun zolaq tapa bilmir və mikromobillik zolağının ayrılmış hissəsi ilə hərəkət etməli olurlar.
Bu vəziyyət isə hər hansı yanlış manevr zamanı velosiped və ya skuter sürücülərinin piyadalarla toqquşma riskini artırır.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.