AZ

Sumqayıtda kişi qeyri-rəsmi münasibətdə olduğu qadını döydü

Sumqayıt şəhərində 36 yaşlı oğlan qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib.

Publika.az Teleqraf-a istinadla, hadisə ötən ilin dekabrın 22-də şəhərinə 3-cü mikrorayon ərazisində baş verib.

1990-cı il təvəllüdlü Mübariz həmin gün saat 18:00-da qeyri-rəsmi münasibətdə olduğu Aygün (adlar şərti verilib – red.) ilə yaşadığı binanın ikinci mərtəbəsində qısqanclıq zəminin mübahisə edib.

Baş verən mübahisə zamanı o, Aygünün sol çiyin nahiyəsinə yumruq vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Mübarizin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Seçilən
26
1
publika.az

4Mənbələr