2025-ci ildə Azərbaycan ABŞ iqtisadiyyatına yönəltdiyi birbaşa investisiyaların həcmi 130.24 mln. manat təşkil edib. 2024-cü ildə bu göstərici 88.53 mln. manat olub, yəni illik artım 47.2% olub.
Bu barədə Azərbaycan Mərkəzi Bankı xəbər verir.
Eyni dövrdə ABŞ-dan Azərbaycana daxil olan birbaşa investisiyaların həcmi 204.37 mln. manat olub. 2024-cü ildə ABŞ-dan ölkəyə daxil olan investisiyalar 149.83 mln. manat təşkil edirdi və illik artım 36.4% olub.