AZ

Ana və 5 uşağı faciəvi şəkildə ÖLDÜ – FOTO

Türkiyənin Antalya şəhərinin Kepez rayonunda baş verən yanğın nəticəsində ana və beş uşağı həlak olublar.

Oxu.az xəbər verir ki, bu barədə “İhlas” xəbər agentliyi məlumat yayıb.

Bildirilir ki, gecə saatlarında yaşayış binasında baş verən hadisənin səbəbi hələlik bəlli deyil. Ölən şəxslər xarici ölkə vətəndaşları olublar. Hadisə zamanı daha üç nəfərin xəsarət aldığı bildirilir.

Cəmi 25 yaşı olan ana yeddi aylıq hamilə imiş, onun böyük uşağının doqquz yaşı varmış.

DOĞRU.AZ 

image-1773996745_ex1ukdfzru1hocj7te0nwnxhcez3tnoosoj6ndi3_1200

 

Seçilən
43
5
dogru.az

6Mənbələr