AZ

Hər sinə ağrısı infarkt deyilmiş

Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Kardioloq panik atakla infarktı necə ayırd etməyin yollarını açıqlayıb.Demokrat.az xəbər verir ki, panik ataklar çox vaxt ürək problemləri ilə qarışdırılır və bu da insanlarda ciddi narahatlıq yaradır.Bu barədə “SM-Clinic”in kardioloqu İrina Tarasova gazeta-ya açıqlamasında deyib.Onun sözlərinə görə, pasiyentlər tez-tez nəfəs darlığı, sinədə sıxılma və güclü ürək döyüntüsü şikayətləri ilə həkimə müraciət edirlər. Lakin müayinələr zamanı ürəklə bağlı üzvi problem aşkar olunmadıqda, səbəbin funksional – yəni panik atak olduğu müəyyən edilir.Kardioloq qeyd edib ki, əsas fərqlərdən biri ağrının xarakteridir. Panik atak zamanı ağrı adətən kəskin, sancıvari olur, yeri dəyişə bilir və dərin nəfəs aldıqda arta bilər. İnfrakt zamanı isə ağrı sıxıcı, yandırıcı xarakter daşıyır, döş sümüyünün arxasında hiss olunur və sol qol, çiyin, çənə və ya kürəyə yayıla bilər.Simptomların davametmə müddəti də fərqlidir. Panik atak adətən bir neçə dəqiqədən yarım saata qədər çəkir və tədricən zəifləyir. İnfrakt zamanı isə ağrı 15 dəqiqədən çox davam edir və getdikcə güclənə bilər.Həmçinin fiziki aktivliklə əlaqə də mühüm göstəricidir. Panik atak istirahət zamanı və ya stress fonunda yarana bilər, bəzən yüngül hərəkət vəziyyəti yaxşılaşdırır. İnfrakt zamanı isə pilləkən çıxmaq kimi fiziki yüklənmə ağrını artırır.Əlavə əlamətlər də fərqlənir. Panik atak zamanı səbəbsiz qorxu, əllərdə keyimə, reallıq hissinin itməsi müşahidə oluna bilər. İnfrakt zamanı isə soyuq tər, solğunluq, güclü halsızlıq, ürəkbulanma, qusma, başgicəllənmə və hətta huşun itməsi baş verə bilər.Dərmanlara reaksiya da fərqlidir. Panik atak zamanı nitroqliserin adətən təsir etmir, bəzən baş ağrısını artıra bilər. İnfrakt zamanı isə bu dərman ağrını qismən azalda bilər.Həkim vurğulayıb ki, hər iki hal ciddi qəbul edilməlidir: “Əgər simptomların səbəbi ilə bağlı şübhə varsa, dərhal həkimə müraciət etmək və ya təcili yardım çağırmaq lazımdır.”Leyla

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
26
demokrat.az

1Mənbələr