AZ

Kəşfiyyat nazirinin öldürülməsinə Müctəba Xameneidən REAKSİYA

ain.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İranın ali rəhbəri kəşfiyyat nazirinin öldürülməsi ilə bağlı başsağlığı veribİranın ali rəhbəri Müctəba Xameneyi ABŞ və İsrailin hücumları nəticəsində ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat) naziri İsmayıl Xətibin qətli ilə bağlı başsağlığı verib. Bizim.Media “İSNA”ya istinadla xəbər verir ki, Müctəba Xameneyi nazirin ölümündən sonra prezident Məsud Pezeşkian və hökumət rəsmilərinə rəsmi başsağlığı mesajı göndərib.

 

Xameneyinin mesajında bildirilib ki, Xətibin itkisi ETTELAAT Nazirliyindəki digər rəsmilər və işçilərin səyləri ilə kompensasiya olunmalı, nazirliyin təhlükəsizliyi daxili və xarici təhdidlərdən qorunmalıdır.

Ali rəhbər mərhumun ailəsinə və həmkarlarına Allahdan sağlıq və səbir diləyib, Xətibin “ucalığının əbədiləşəcəyini” vurğulayıb. Xatırladaq ki, İsmayıl Xətib martın 17-də İsrailin Tehrana endirdiyi zərbə nəticəsində öldürülüb.Bizim.Media

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
57
1
bizim.media

2Mənbələr