AZ

Yanvarda Gürcüstan Azərbaycandan 33,4 milyon dollarlıq təbii qaz alıb

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycandan Gürcüstana 33,446 milyon ABŞdolları dəyərində 290,1 milyon kubmetr təbii qaz (qaz halında)ixrac edilib.

Trend bubarədə Azərbaycanın Dövlət Statistika Komitəsinə istinadən xəbərverir.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstəriciməbləğ ifadəsində 3,6 milyon dollar və ya 9,8%, həcminə görə isə6,2 milyon kubmetr və ya 2,1% azalıb.

Qeyd edək ki, 2026-cı ilin yanvar ayında Azərbaycandan xaricəümumilikdə 687,5 milyon ABŞ dolları dəyərində 2,292 milyard kubmetrtəbii qaz ixrac edilib. Bu, ötən ilin eyni dövründəki göstərici iləmüqayisədə dəyər ifadəsində 182,6 milyon ABŞ dolları və ya 21%,həcm baxımından isə 46,9 milyon kubmetr və ya 2% azdır.

Eyni zamanda bu ilin yanvar ayında cəmisi bir ölkədən – İranİslam Respublikasından Azərbaycana 2,9 milyon ABŞ dolları dəyərində43,5 milyon kubmetr təbii qaz idxal edilib. Ötən ilin eyni dövründəisə yalnız Türkmənistandan Azərbaycana 6,4 milyon ABŞ dollarıdəyərində 42,6 milyon kubmetr təbii qaz idxalı qeydə alınıb.Beləliklə, illik müqayisədə Azərbaycana təbii qaz idxalı dəyərifadəsində 3,5 milyon ABŞ dolları və yaxud 2,2 dəfə azalıb, həcmbaxımından isə 894 min kubmetr və ya 2,1% artıb.

Məqalədə:
Seçilən
27
az.trend.az

1Mənbələr