Bakivaxti portalından alınan məlumata görə, ain.az xəbər verir.
Bu ilin yanvar-fevral aylarında Azərbaycan Rusiyaya 149,1 milyon ABŞ dolları dəyərində qeyri-neft-qaz məhsulları ixrac edib.
Bakıvaxtı.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 % azdır.
Hesabat dövründə qeyri-neft-qaz ixracının dəyəri Türkiyə istiqamətində 1 il əvvələ nisbətən 0,7 % artaraq 83,5 milyon ABŞ dolları, Gürcüstan istiqamətində isə 45,7 % artaraq 77,2 milyon ABŞ dolları olub.
2 ayda Azərbaycan həmçinin İsveçrəyə 67,7 milyon ABŞ dolları (+ 55,1 %), Ukraynaya isə 29 milyon ABŞ dolları (- 29,6 %) dəyərində qeyri-neft-qaz sektoruna aid mal ixrac edib.
Hesabat dövründə Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri illik müqayisədə 19,7 % artaraq 580,7 milyon ABŞ dolları təşkil edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.