AZ

Sular çəkildi, 2400 illik bir sirr ortaya çıxdı

Diyarbəkirin Eğil rayonunda tikintisi 1986-cı ildə başlayıb 1997-ci ildə tamamlanan Dəclə bəndi bölgə üçün əhəmiyyətli bir su mənbəyidir. Lakin bu proses zamanı Dəclə çayı boyunca yerləşən yaşayış məntəqələri və tarixi tikililər su altında qalıb. 

Milli.Az xəbər verir ki,  bu barədə Dəclə Universitetinin professor İrfan Yıldızın açıqlamasına görə, su altında Peyğəmbər Həzrəti Elyasanın məzarı və məscidi, Caferiye (Lalə Kasım) Mədrəsəsi, Tekke Məhəlləsi qəbiristanlığı və qaya məzarları, Həzərti ZulKifl (Zülqəreyn) peyğəmbərin qəbri qalıb.

Bu tikililər bölgənin həm dini, həm də mədəni tarixinə işıq salan mühüm irs yerləri arasındadır.
Eğildə təkcə İslam dövründən qalma tikililər deyil, həm də Bizans dövrünə qədər uzanan izlər var. Peyğəmbər məzarları ilə qalanın arasında yerləşən Deran hamamı da bənd sularının altında qalıb. 

Dəclə Universitetinin professoru İrfan Yıldızın sözlərinə görə, Dəclə bəndində təxminən 2400 yaşı olan artefaktlar tapılıb.  / Ölkə.az  

Milli.Az

Seçilən
18
6
milli.az

7Mənbələr