AZ

TƏCİLİ: Bu ölkə Trampa müharibə ELAN ETDİ “Müqavimət göstərəcəyik” KONKRET

Konkret.az saytına istinadən ain.az xəbər verir.

Kuba hakimiyyəti ölkədə siyasi kursun dəyişdirilməsi və ya prezident Miguel Diaz-ın vəzifədən kənarlaşdırılması ehtimalını qəti şəkildə rədd edib.

KONKRET.az xəbər verir ki, bu barədə BMT yanında Kubanın daimi nümayəndəsi Ernesto Soberon Guzman Bloomberg agentliyinə müsahibəsində bildirib.

Diplomatın sözlərinə görə, Havana “ABŞ-ı sakitləşdirmək” naminə “dostcasına hakimiyyət dəyişikliyi” və ya siyasi sistemin transformasiyası kimi addımları nəzərdən keçirmir. O, əlavə edib ki, Kuba hətta Amerika Birləşmiş Ştatları tərəfindən tətbiq olunan faktiki neft blokadası şəraitində belə bu mövqeyindən geri çəkilməyəcək.

Soberon Guzman vurğulayıb ki, iki ölkə arasında münasibətlər yalnız qarşılıqlı hörmət prinsipləri əsasında qurula bilər. Əks halda, ABŞ prezidenti Donald Tramp öz təhdidlərini reallaşdırarsa, Kuba buna “kəskin müqavimət” göstərəcək.

“Artıq neçə ABŞ prezidentinin Kubada hakimiyyəti dəyişməyə çalışdığını saymağı unutmuşam. Amma biz hələ də buradayıq”, – deyə diplomat bildirib.

Müşviq Tofiqoğlu

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
81
2
konkret.az

2Mənbələr