AZ

“Bu məsələlərdə əsas ümidimiz dialoqun üstünlük qazanmasıdır”

"Regionda baş verən bütün məsələlərdə əsas ümidimiz müharibənin deyil, dialoqun üstünlük qazanmasıdır".

Milli.Az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə bu gün Təzəpir məscidində Ramazan bayramının başa çatması ilə əlaqədar qılınan bayram namazından sonra jurnalistlərə açıqlamasında bildirib. 

"Raketlər yerini qələmlərə, qarşıdurma isə diplomatiya dilinə verməlidir. Tərəflər bir-biri ilə danışaraq ortaq məxrəcə gəlməyə çalışmalıdır. Çünki bu cür qarşıdurmaların sonu yoxdur". 

Qeyd edib ki, onlar gec-tez yenə də danışıqlar masasına qayıdacaqlar:

"Amma bu müddətdə çox sayda insan həyatını itirir. Nə qədər tez dialoqa başlansa, bir o qədər yaxşı nəticə əldə etmək mümkün olacaqdır".

Mina Mikayılova
Milli.Az

Seçilən
57
1
milli.az

2Mənbələr