AZ

Fransız zabiti "Şarl de Qoll" aviadaşıyıcısının yerini İFŞA ETDİ

Fransa Hərbi Dəniz Qüvvələrinin zabiti "Şarl de Qoll" aviadaşıyıcısının yerləşdiyi məkanı fitnes tətbiqi vasitəsilə təsadüfən bəlli edib.

Musavat.com "Le Monde" nəşrinə istinadən xəbər verir ki, hərbçi səhər qaçışı zamanı ehtiyatsızlıq nümayiş etdirərək gəminin dəqiq koordinatlarını paylaşıb.

Hadisə martın 13-də səhər saatlarında, zabitin gəminin göyərtəsində qaçarkən baş verib. O, məşqini qeydə almaq üçün "Strava" fitnes tətbiqindən və "smart" saatından istifadə edib. Hərbçinin profilinin hər kəsə açıq olması səbəbindən onun qaçış marşrutu tətbiqin xəritəsində əks olunub.

"Le Monde"un məlumatına görə, paylaşılan məlumatlar Fransanın Aralıq dənizindəki zərbə qrupunun dəqiq mövqeyini müəyyən etməyə imkan verib. Məlum olub ki, aviadaşıyıcı Kiprin şimal-qərbində, Türkiyə sahillərindən təxminən 100 kilometr məsafədə yerləşir.

Qeyd edək ki, aviadaşıyıcının regionda olması sirr deyildi. Fransa prezidenti Emmanuel Makron Yaxın Şərqdəki gərginliklə əlaqədar gəminin Aralıq dənizinin şərqinə göndərilməsini hələ martın 2-də rəsmən elan edib. Lakin gəminin real vaxt rejimində dəqiq yerinin üzə çıxması gəmi və heyət üçün ciddi təhlükəsizlik riskləri yaradır.

Musavat.com

Seçilən
32
14
musavat.com

10Mənbələr