AZ

Şuşada Novruz bayramı münasibətilə konsert keçirildi

Şuşa şəhərində Novruz bayramı münasibətilə konsert proqramı təqdim olunub.

APA xəbər verir ki, bayram konsertində Xalq artisti Nazpəri Dostəliyeva, müğənnilər Azad Şabanov, Namiq Qasımov, eləcə də şuşalı musiqiçilər və məktəblilər çıxış ediblər.

Səsləndirilən mahnılar və ifa olunan rəqslər tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb, şəhərdə bayram əhval-ruhiyyəsini daha da gücləndirib.

Seçilən
29
1
kulis.az

2Mənbələr