AZ

Nur şəhərində bayram ovqatı

Mingəçevirin Energetiklər yaşayış massivində şəhid A.Niftəliyev adına Mədəniyyət Mərkəzinin qarşısında Novruz bayramına həsr olunmuş el şənliyi keçirilib.

Novruzun atributları olan Dədə Qorqudun, Bahar qızın maraqlı söhbətləri, Kosa və Keçəlin məzhəkəli oyunları, musiqiçilərin təqdim etdiyi mahnı sovqatı, rəngarəng rəqslər, yumurta döyüşləri, uşaqların şən qəhqəhələri iştirakçılarda xoş ovqat yaradıb. 

Novruz tonqalını alovlandıran şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılov çıxış edərək Bahar bayramının Mingəçevirdə yüksək ovqatla qeyd olunduğunu diqqətə çatdırıb, Prezident İlham Əliyevin rəhbərliyi, ordumuzun şücaəti ilə böyük Zəfərin qazanılmasından, yurdumuzun bütün bölgələrində Novruzun böyük coşqu ilə qeyd olunduğundan danışıb, tədbir iştirakçılarını, bütün mingəçevirliləri Novruz və müqəddəs Ramazan bayramları münasibətilə təbrik edərək evlərinə bol ruzi və bərəkət, sağlam ömür, xoşbəxtlik arzulayıb.

Lazım QULİYEV,

"Azərbaycan"

Seçilən
66
azerbaijan-news.az

1Mənbələr