ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.
Türkiyənin Qara dəniz sahillərində, İstanbulun şimalında raket başlığı aşkarlanıb.
Bizimyol.info xəbər verir ki, bu barədə "IHA" agentliyi məlumat yayıb.
Bildirilir ki, obyekt yerli sakinlər tərəfindən Yalıköy kəndində yerli vaxtla saat 17:00 radələrində tapılıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Onlar raket başlığını yoxlayaraq içərisində partlayıcı maddənin olmadığını müəyyən ediblər.
Agentliyin məlumatına görə, daha sonra başlıq istehkamçılar tərəfindən məhv edilib.
Bizimyol.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.