AZ

Oğurladığı bahalı velosipedi mağazadan çıxan kimi 460 manata satdı VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumat yayır.

Velosiped oğrusu saxlanılıb. Avtosfer.az xəbər verir ki, Rusiyanın Sankt-Peterburq şəhərində baş verən hadisə kameraya düşüb.

Məlumata görə, naməlum şəxs velosiped mağazasına daxil olaraq modellərdən birini "sınaqdan keçirmək" bəhanəsi ilə götürüb. Lakin o, geri qayıtmaq əvəzinə, sürətlə ərazidən uzaqlaşıb. Cəmi bir neçə dəqiqə sonra, hələ mağazadan uzaqlaşmamış, yoldan keçən bir nəfərə yaxınlaşaraq yeni velosipedi ona dəyər-dəyməzinə satmağı təklif edib.

Oğru, mağaza qiyməti xeyli baha olan velosipedi cəmi 25 000 rubla (təxminən 460 manat) satmağa nail olub. Alıcı belə bir "şanslı" alış-veriş etdiyini düşünsə də, bu sevinc uzun sürməyib.

Mağaza sahibinin şikayəti əsasında dərhal araşdırmalara başlayan polis, müşahidə kameraları vasitəsilə şübhəlinin kimliyini müəyyən edib və onu saxlayıb. Faktla bağlı cinayət işi açılıb.

Sözügedən oğurluq hadisənin görüntülərini təqdim edirik:

Namiq Musayev

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
71
avtosfer.az

1Mənbələr