AZ

ABŞ Yaxın Şərqə əlavə qüvvələrin göndərilməsini sürətləndirir

BAKI, 20 mart. TELEQRAF

ABŞ ordusu İrana qarşı hərbi əməliyyatlar fonunda Yaxın Şərqə əlavə qüvvələrin yerləşdirilməsini sürətləndirir.

Teleqraf xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.

Bildirilir ki, ABŞ minlərlə dənizçi və dəniz piyadasının bölgəyə göndərilməsini sürətləndirir.

Məlumata əsasən, yaxın günlərdə San-Dieqodan 2,2 min dəniz piyadasının Yaxın Şərqə yola salınması planlaşdırılır.

Qeyd edək ki, daha əvvəl İran Prezidenti Məsud Pezeşkian ABŞ-ın hərbi fəaliyyətlərini beynəlxalq hüquq normalarını sarsıdan yeni presedent kimi qiymətləndirmişdi.

Seçilən
61
teleqraf.com

1Mənbələr