Yüksək Liqada 15-ci turun oyunları keçirilib.
Sportinfo.az xəbər verir ki, 3-cü dövrənin son turunun ilk matçında medallar uğrunda mübarizə aparan “Baku Fire” “Şuşa”ya 4 top fərqi ilə ilə qalib gəlib.
Günün ikinci qarşılaşmasında "Neftçi" İK"Araz-Naxçıvan"a qalib gəlib.
“Lənkəran” komandası isə təyin olunan vaxtda meydana çıxmadığına görə, U-19-la matçın nəticəsi barədə AFFA-nın İntizam Komitəsi qərar verəcək.
"Baku Fire" – "Şuşa" 8:4
Qollar: Kənan Manafov, 2:18, Ümid Qəhrəmanov, 8:58 ö/q, Məhəmməd Abbasov, 9:25, 24:55, 25:16, 32:21, Rüfət Məmmədli, 16:41, Nurlan Məmmədov, 28:32 // Sadegh Javiditabar, 4:05, 20:59, Namiq Məmmədkərimov, 18:40, Anar İsayev, 26:07
Olimpik Star
"Araz-Naxçıvan" – "Neftçi" İK 2:4
Qollar: Filipe, 10:09, Emil Həsənzadə, 13:41 ö/q // Fərid Atakişiyev, 10:45, Markus Vinisius, 25:31, 30:23, Allef Maiolli, 39:36
Olimpik Star
"Lənkəran" – U-19 - Oyun baş tutmayıb.
Olimpik Star

Bombardirlər:
Sadegh Javiditavar ("Şuşa") - 23 qol
Luicci Longo ("Araz-Naxçıvan") -21 qol
Rüstəm Bağırov ("Şuşa") -21 qol
Allef Maiolli ("Neftçi" İK) -21 qol