AZ

3 müsəlman ölkəsinə aid olan sərvətlər adası

Cənub-Şərqi Asiyada yerləşən Borneo adası qeyri adi ərazi olması ilə seçilir. Metbuat.az xəbər verir ki, ada üç fərqli ölkəyə sahib olması ilə dünyada unikal ərazidir. Ada 748000 kvadrat kilometr ərazisi ilə Qrenlandiya və Yeni Qvineyadan sonra dünyada üçüncü ən böyük adadır və təkcə coğrafi ölçüsü ilə deyil, həm də idarəetmə quruluşu ilə diqqət çəkir. Borneonun torpaqlarının mülkiyyəti 19-cu və 20-ci əsrlərdə müstəmləkə fəaliyyətləri nəticəsində üç ölkə arasında bölünüb.

İndoneziya adanın cənub hissəsini, təxminən 73%-ni idarə edir. Adanın şimal hissəsində yerləşən Sabah və Saravak ştatları Malayziyaya məxsusdur. Borneonun şimal sahilində yerləşən kiçik, lakin neftlə zəngin Bruney sultanlığı muxtar quruluşunu qoruyub saxlayır və müstəqil bir dövlət kimi mövcuddur.

Seçilən
23
metbuat.az

1Mənbələr