Hacıqabulda yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində olub.
Belə ki, “Opel” markalı avtomobilin idarəetmədən çıxaraq aşıb.
Hadisə nəticəsində xəsarət alan 3 nəfər - M.Ağayev, Ə.Əhmədova və İ.Əhmədova Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriblər.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"