AZ

Netanyahudan qələbə anonsu – "Xəzər dənizindəki bütün İran donanmasını məhv etdik!"

İsrail Baş naziri Benyamin Netanyahu "Şir nəriltisi" (Roaring Lion) əməliyyatının gedişatı ilə bağlı dünya mediasında geniş əks-səda doğuran sensasiyalı bəyanatlar verib.

Musavat.com xəbər verir ki, hökumət başçısı ilk dəfə olaraq İsrail ordusunun Xəzər dənizində keçirdiyi əməliyyatın nəticələrini rəsmən açıqlayaraq, İranın bu strateji su hövzəsindəki bütün hərbi donanmasının tamamilə sıradan çıxarıldığını bəyan edib. Netanyahu çıxışında vurğulayıb ki, İranın artıq uranı zənginləşdirmək və ya ballistik raket istehsal etmək üçün heç bir texniki imkanı qalmayıb, çünki İsrail zərbələri rejimin hərbi-sənaye kompleksinə öldürücü zərbə vurub. İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ömrünə çox az qaldığını deyən Baş nazir, bu təşkilatın tezliklə tarixin zibilliyinə gömüləcəyini qeyd edib. İran xalqına da müraciət edən Netanyahu, yaranmış şəraitdən istifadə edərək öz taleyini dəyişməyin onların əlində olduğunu bildirib.

İranın İsrailə endirdiyi zərbələr nəticəsində itkilərin və dağıntıların olduğunu etiraf edən Baş nazir, buna baxmayaraq İsrailin artıq qlobal bir gücə çevrildiyini diqqətə çatdırıb. Hörmüz boğazının bağlanması ilə bağlı Tehranın cəhdlərini "dünyaya şantaj" adlandıran Netanyahu, İsrailin amerikalı tərəfdaşlarının boğazı açıq saxlamaq səylərinə özünəməxsus şəkildə dəstək verdiyini deyib. Beynəlxalq mediada yayılan "İsrail ABŞ-ı müharibəyə sürükləyir" iddialarına isə istehza ilə yanaşan Baş nazir, Donald Trampa nə edəcəyini diktə etməyin qeyri-mümkün olduğunu vurğulayıb. Sonda özünə qarşı sui-qəsd və xəstəlik şayiələrinə də son qoyan Netanyahu, "Mən sağam, siz də bunun şahidisiniz" deyərək rəqiblərinə mesaj göndərib.

 

Musavat.com

Seçilən
17
41
musavat.com

10Mənbələr