E.Həsənovun sözlərinə görə, bugünkü reallıq onu göstərir ki, bu müharibə dünyada böyük iqtisadi böhrana və enerji çatışmazlığına səbəb olur:"Artıq bir barreli üzrə “Brent” markalı neftin qiyməti 120 min dollara yaxınlaşıb və bu qiymətin daha da yüksələcəyi bildirilir. İranın “Pars” qaz yatağı İsrail tərəfindən vurulub və İran da bunun əvəzində Səudiyyə Ərəbistanının qaz yataqlarına zərbə endirmək niyyətindədir. Bu isə daha böyük yanacaq və qaz çatışmazlığına, o cümlədən qiymətlərin artmasına gətirib çıxaracaq".Politoloq əlavə edib ki, müharibə getdikcə qızışır və daha geniş ərazini əhatə edir. Bu isə dünya böhranının dərinləşməsinə səbəb olacaq:"Müharibənin başlanğıcında Rusiya-Ukrayna müharibəsi dayanır. ABŞ Rusiyanı zəiflətmək üçün onu Ukraynada müharibəyə cəlb etdi və bu baxımdan istədiyinə nail oldu. Rusiya iqtisadi və hərbi cəhətdən zəifləyib, hərbi ehtiyatları isə tükənmək üzrədir. Hazırkı dövrdə ABŞ-nin İranda apardığı müharibə isə onun özünü zəiflədir, hərbi ehtiyatlarını azaldır və bu, Rusiyanın və Çinin əlində əlavə üstünlük yaradır. Beləliklə, dünyada gedən qlobal müharibələrin hələ qabaqda olması gözlənilir".Sevinc İbrahimzadə / Metbuat.az