AZ

İran müharibə başlayandan bəri ilk dəfə ABŞ nin F 35 qırıcı təyyarəsini vurdu

Yeniavaz saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Amerikanın F-35 qırıcı təyyarəsi Yaxın Şərqdəki aviabazaya təcili eniş edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.

Kanalın məlumatına görə, döyüş tapşırığı yerinə yetirən təyyarənin İran üzərində vurulduğu ehtimal olunur. F-35 təhlükəsiz yerə eniş edib və hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Qeyd edilib ki, bu, müharibənin başlanğıcından bəri İranın Amerika təyyarəsini uğurla vurduğu ilk haldır.

F-35 beşinci nəsil (və ən son) qırıcı təyyarədir və hər biri təxminən 100 milyon dollara başa gəlir. Həm ABŞ, həm də İsrail İranla müharibədə F-35-lərdən istifadə edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
94
yeniavaz.com

1Mənbələr