AZ

Binə sakinləri toyuq kəsim məntəqəsinin fəaliyyətindən şikayətçidirlərVİDEO

Suraxanı rayonu, Binə qəsəbəsi, Hövsan südcülük savxozu adlanan ərazidə yaşayanlar ərazidəki üfunətdən, səs-küydən şikayətçidirlər.

Buna səbəbin isə yaxınlıqdakı toyuq kəsim məntəqəsinin olduğu bildirilir.

Xezerxeber.az-ın məlumatına görə, sakinlər deyirlər ki, xüsusilə axşam saatlarında qoxu dözülməz olur.

Sakinlər onu da bildirilər ki, ərazidəki  torpaqlar kənd təsərrüfatı təyinatlıdır, lakin burada xeyli sayda sakin məskunlaşıb. Bu, nəzərə alınmalıdır.

Məsələyə münasibət öyrənmək üçün sözügedən kəsim məntəqəsinə üz tutduq. Fermanın əməkdaşlarına sakinlərin şikayəti ilə bağlı məlumat versək də, heç bir nümayəndə iddialara cavab vermədi.

Suraxanı Rayon İcra Hakimiyyətindən isə “Xəzər Xəbər”ə bildirildi ki, məsələ araşdırılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
54
1
xezerxeber.az

2Mənbələr