AZ

Ən güclü avtomobillərin reytinqi açıqlanıb » AzadMedia.az


TopSpeed portalının tərtib etdiyi ən güclü avtomobillər reytinqində ilk yeri Cadillac CT5-V Blackwing 2026 tutub. Xarici görünüşcə klassik biznes sedanını xatırlatsa da, bu model texniki göstəricilərinə görə superkarlarla rəqabət aparır.
Avtomobil 668 at gücünə malik 6,2 litrlik V8 mühərriklə təchiz olunub. Maraqlıdır ki, standart komplektasiyada belə altı pilləli mexaniki sürətlər qutusu təqdim edilir. Bundan əlavə, modeldə Magnetic Ride Control asqı sistemi, elektron diferensial və yüksək performanslı Brembo əyləc sistemi quraşdırılıb. Sürücülər fərqli sürüş rejimləri vasitəsilə avtomobilin davranışını tam şəkildə fərdiləşdirə bilirlər.
Reytinqdə ikinci yeri Mercedes-AMG E53 2026 tutur. Bu sedan zahirən adi E-Class modellərindən çox fərqlənmir, lakin kapotun altında 577 at gücünə malik 3,0 litrlik hibrid turbo mühərrik yerləşir. Model həm performans, həm də gündəlik istifadə üçün balanslı seçim hesab olunur.
Üçüncü pillədə isə Lexus IS 500 F Sport Performance 2025 qərarlaşıb. Bu avtomobil arxa ötürücülü və atmosfer V8 mühərrikli nadir idman sedanlarından biri kimi qiymətləndirilir. 472 at gücündə mühərrikə malik olan model klassik sürüş hissini qoruyub saxlayır.
Siyahının davamında isə aşağıdakı modellər yer alıb:
Volvo S60 Recharge 2024
BMW M340i 2026
Genesis G70 3.3T 2026
Audi S5 2026
Toyota Crown Platinum 2026
Volkswagen Golf R 2026
Hyundai Elantra N 2026
Ekspertlərin fikrincə, bu reytinq müasir avtomobil sənayesində maraqlı tendensiyanı göstərir: artıq təkcə superkarlar deyil, gündəlik istifadə üçün nəzərdə tutulan sedan və hetçbeklər də yüksək güc və performans göstəriciləri ilə seçilir.
Seçilən
39
1
azadmedia.az

2Mənbələr