AZ

Yeni qlobal müharibə başlayır: Dünyanın ən böyük neft qaz obyektləri hədəfdə

GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“QatarEnergy” şirkətinin rəhbəri Saad əl-Kaabi “Reuters” agentliyinə müsahibə verib.

Globalinfo.az-ın xəbərinə görə, o bildirib ki, müharibə və qarşılıqlı zərbələr nəticəsində 14 mayeləşdirilmiş qaz zavodundan ikisi və bir qaz-kondensat istehsal müəssisəsi zərər görüb.

Nəticədə, yaxın 3–5 il ərzində Qətərin illik LNG (mayeləşdirilmiş təbii qaz) istehsalı 12,8 milyon ton azalacaq.

İlkin hesablamalara görə, Qətərin illik gəlir itkisi təxminən 20 milyard dollar təşkil edəcək. Zərər görən əsas obyektlərin tikintisinə isə ümumilikdə 26 milyard dollar sərf olunub.

“QatarEnergy” artıq İtaliya, Belçika, Cənubi Koreya və Çinə uzunmüddətli qaz tədarükü müqavilələri üzrə fors-major elan edib.

Qətərin tərəfdaşı olan ABŞ-ın nəhəng enerji şirkəti “ExxonMobil” də ciddi itkilərlə üzləşib. Şirkət zərər görən zavodlarda pay sahibidir.

Zərbələrin təsiri yalnız qaz sektoru ilə məhdudlaşmır. Kondensat ixracı 24%, mayeləşdirilmiş neft qazı (LPG) ixracı 13% azalacaq. Həmçinin helium istehsalı 14%, nafta və kükürd istehsalı isə 6% aşağı düşəcək.

Əliyar Xəlil

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
53
globalinfo.az

1Mənbələr