AZ

Tramp həmin hücum barədə yalan danışıbmış

ABŞ Prezidenti Donald Trampın İranın “Cənub Pars” qaz-neft yatağına İsrail tərəfindən edilən hücumdan xəbərsiz olması ilə bağlı bəyanatları şübhə altına alınıb.

Sitat.info “Axios” nəşrinə istinadən xəbər verir ki, Tramp rəsmi açıqlamasında Vaşinqtonun bu hücumdan öncədən məlumatı olmadığını desə də, mənbələr bunun əksini iddia edir.

Nəşrin məlumatına görə, Qətər rəhbərliyi İsrailin zərbəsindən tamamilə xəbərsiz olduğu halda, Tramp bu barədə öncədən məlumatlı olub. Mənbələr iddia edir ki, İsrailin Baş naziri Benyamin Netanyahu və ABŞ lideri zərbənin endirilməsi ilə bağlı hərəkətlərini əvvəlcədən koordinasiya ediblər. Hücumun əsas məqsədinin İranın Hörmüz boğazı vasitəsilə neft tədarükünə mane olmaq cəhdlərini dayandırmaq və Tehrana təzyiq göstərmək olduğu bildirilir.

Xatırladaq ki, martın 18-də İranın cənubundakı “Cənub Pars” yatağına və Əssaluyə bölgəsinə zərbələr endirilib. İranın cavab zərbəsindən sonra Ağ Ev rəhbəri hücumdan xəbərsiz olduğunu, Qətərin isə sözügedən hadisədə heç bir iştirakının olmadığını bəyan etmişdi.

Seçilən
55
2
sitat.info

3Mənbələr