BAKI, TurkicWorld
Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası təsdiq edilib.
TurkicWorld xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Qanun imzalayıb.
Qanuna əsasən, 2015-ci il martın 25-də Santiaqo-de-Kompostela şəhərində imzalanmış "Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası" Azərbaycan Respublikasının müvafiq bəyanatı ilə təsdiq edilib.