Bu gündən Azərbaycan Mərkəzi Bankı (AMB) "Atasığorta" ASC-nin lisenziyasının qüvvəsini məhdudlaşdırıb.
Milli.Az bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, "Sığorta fəaliyyəti haqqında" qanunun 105.1.1-ci maddəsinə müvafiq olaraq könüllü müraciət əsasında "Atasığorta"ya "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası", "Avtomobil nəqliyyatı vasitələrinin kasko sığortası", "Avtomobil sahiblərinin mülki məsuliyyətinin könüllü sığortası", "Əmlakın yanğından və digər risklərdən sığortası", "Fərdi qəza sığortası", "Könüllü tibbi sığorta", "Səyahət sığortası", "Üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası", "Daşınmaz əmlakın icbari sığortası", "Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası" və "Auditorların peşə məsuliyyətinin icbari sığortası" növlərinə verilmiş icazələr ləğv edilib və bununla da lisenziyanın qüvvəsi məhdudlaşdırılıb.
Qanunun 105.3-cü maddəsinə əsasən sığortaçının lisenziyasının qüvvəsinin məhdudlaşdırılması onun müvafiq sığorta növü üzrə yeni sığorta müqavilələri bağlamasını, habelə həmin növ üzrə qüvvədə olan sığorta müqavilələrinin müddətini uzatmasını qadağan edir.
Milli.Az