Səid Cəlili İranın Ali Milli Təhlükəsizlik Şurasının yeni katibi təyin edilib.
Xezerxeber.az xarici mətbuata istinadən xəbər verir ki, bununla bağlı İranın yeni Ali Lideri Müctəba Xamenei Fərman imzalayıb.
İranın siyasi dairələrində sərt xətt tərəfdarı kimi tanınan Səid Cəlili əvvəllər müxtəlif yüksək vəzifələrdə çalışıb.
O, 2024-cü il prezident seçkilərinin ikinci turunda hazırkı Prezident Məsud Pezeşkiana məğlub olub.
Xatırladaq ki, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani İsrailin martın 17-si Tehrana endirdiyi hava zərbələri nəticəsində öldürülüb.