AZ

Pentaqon İranın 11 sualtı qayığının məhv edildiyiniAÇIQLADI

ABŞ İranın hərbi gücünü zəiflətməkdə davam edir.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ müdafiə naziri Pit Heqset mətbuat konfransında bildirib.

Heqset açıqlayıb ki, ABŞ hərbi qüvvələri İrana qarşı əməliyyatlar zamanı 11 sualtı qayığı məhv edib.

"Biz 120-dən çox hərbi gəmiyə zərər vermişik və ya batırmışıq. Onların donanması artıq əhəmiyyətli bir amil deyil. 11 sualtı qayıq yoxa çıxıb və limanları iflic vəziyyətindədir", - deyə o bildirib.

Nazir əlavə edib ki, İranın hava hücumundan müdafiə sistemi məhv edilib, müdafiə sənayesi bazası, fabrikləri və raket və dron istehsalında istifadə olunan maşınlar tamamilə dağıdılıb.

Heqset qeyd edib ki, ABŞ ordusu İran hərbi-sənaye kompleksi ilə əlaqəli yüzlərlə hədəfə zərbə endirib və əməliyyatın ən böyük ziyanı İranın ballistik raket istehsal imkanlarına dəyib.

Aminə ŞAHSUVARQIZI

 

Seçilən
29
redaktor.az

1Mənbələr