AZ

Vəfat edən şəxslərin pensiya kapitalının bir hissəsi onun vərəsəsinə ödənilməlidir - Vüqar Bayramov

"Dünyasını dəyişən şəxslərin pensiya kapitalından istifadə edilməsi məsələsi Milli Məclisin Əmək və sosial siyasət komitəsində müzakirə olunmuşdu. Deputat həmkarım tərəfindən həmin kapitalın 30 faizinin dünyasını dəyişən şəxsin varisinə ödənilməsi təklif olunurdu".

Bunu Redaktor.az-a açıqlamasında deputat Vüqar Bayramov bildirdi.

"Biz dünyasını dəyişən şəxslərin pensiya kapitalının bir hissəsinin onun vərəsəsinə ödənilməsinin tərəfdarıyıq. Çünki nəticə etibarilə bu, pensiya kapitalının səmərəli istifadə edilməsi, eyni zamanda vətəndaşlarımızın pensiya kapitallarını toplamağa marağının artmasına gətirib çıxara bilər. Nəticə etibarilə artıq bu bir tərəfdən əmək müqavilələrinin rəsmiləşdirilməsi, digər tərəfdən isə pensiya kapitalının səmərəli istifadəsi deməkdir", - deyə millət vəkili qeyd etdi.

Aytəkin TOFİQQIZI

Seçilən
42
1
redaktor.az

2Mənbələr