AZ

Mənsur Şərifin 20 mindən çox borcu yarandı Mağazası bağlandı

Qaynarinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Komedixana”nın məşhur aktyoru Mənsur Şərifə məxsus olduğu deyilən mağaza bağlanıb.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, aktyorun Yasamal rayonu, İnşaatçılar metrostansiyasının yaxınlığında yerləşən "Sherif man” kişi geyimləri mağazasının bağlanmasına səbəb icarəçi ilə Mənsur Şərif arasında borc mübahisəsinin yaranmasıdır. İddia edilir ki, Mənsur Şərifin 20 min manatdan artıq icarə borcu yaranıb. Həmçinin alış-veriş olmadığına görə mağazanın da külli miqdarda borcu toplanıb.

Borcu qaytara bilməyən aktyor mağazasını bağlamaq məcburiyyətində qalıb.

Mənsur Şərif Qaynarinfo-ya açıqlamasında Yasamal filialının bağlandığını təsdiqləyib və mağazanın ona aid olmadığını bildirib: 

"Mağaza mənim deyil, dostumundur. Həmin mağazanın reklam işlərini aparıram, bir-birimizə dəstək veririk. Orada bizə maneələr yarandı. Obyekti icarə götürmüşdük. İcarəçi ilə aramızda problemlər yarandı. İcarə haqqını qaldırdı. Bu səbəbdən də məcbur olub mağazanı təhvil verdik”.

Bahar Rüstəmli

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
57
3
qaynarinfo.az

4Mənbələr