AZ

Dəhşətli anlar kamerada - İsrail hücumu zamanı jurnalistlər yaralandı - VİDEO

İsrailin hücumu zamanı jurnalistlər yaralandı.

Redaktor.az xəbər verir ki, RT İsrailin Livanda kanalın heyətinə endirdiyi hücumu əks etdirən video yayımlayıb.

Görüntülərdə jurnalist Stiv Suini və operatorun canlı reportaj hazırladığı vaxt, bir mərminin bir neçə metr aralıda partlamazdan əvvəl son anda geri çəkildikləri anlar əks olunub.

Hücum İsrail təyyarəsi tərəfindən həyata keçirilib və jurnalistlərin hərbi bazanın yaxınlığındakı körpüdən keçdiyi vaxt avtomobillərinə raket atılıb.

Xoşbəxtlikdən, həm Suini, həm də operator yaralanmasına baxmayaraq huşlarını itirməyiblər. Onlara qəlpə dəyib, lakin hazırda xəstəxanada müalicə alırlar. Bu video həm də müharibənin qəfil və təhlükəli anlarını dramatik şəkildə göstərir.

Aminə ŞAHSUVARQIZI

Seçilən
40
1
redaktor.az

2Mənbələr