AZ

İrandan DƏHŞƏTLİ hücum: İsrail Milli Təhlükəsizlik Nazirliyi və Ərəbistan BOMBALANDI

İran ordusu kəşfiyyat (ETTELAAT) naziri İsmayıl Xətibinin öldürülməsinə cavab olaraq İsraildə hərbi və təhlükəsizlik obyektlərini hədəf alıb. Bu barədə İran ordusunun İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Məlumata görə, İsrailin Milli Təhlükəsizlik Nazirliyi, Təl-Əvivdə yerləşən “Kanal 13”, həmçinin “Ərər” hərbi bazasında Quru Qoşunlarının bina və obyektlərinə dron zərbələri endirilir.

İran ordusu İsrailin Milli Təhlükəsizlik Nazirliyini “böhran idarəçiliyinin mərkəzi”, “Kanal 13”-ü “İrana qarşı psixoloji əməliyyatların qollarından biri” və Suriya və Livan sərhədləri yaxınlığındakı “Ərər” bazasını isə “rejimin gözü” adlandırıb.
Həmçinin Səudiyyə Ərəbistanında yenidən partlayışlar baş verib. “Pars Tudey” qəzeti məlumat yayıb. Xatırladaq ki, İran İsrail və ABŞ-ın Cənubi Pars qaz yatağındakı obyektlərə hücumlarından sonra Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt və Qətərdəki enerji obyektlərinə hücumlar həyata keçirir.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu siyasi ekspert Heydər Oğuzla İran gündəmini müzakirə edir.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

 

Seçilən
60
6
musavat.com

7Mənbələr