Avtosfer portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Bakının Xətai rayonu NZS qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, naməlum şəxs 2 nəfərə kəsilmiş-deşilmiş xəsarətlər yetirib.
Yaralılar Kliniki Tibbi Mərkəzə (KTM) yerləşdirilib.
Bildirilib ki, bıçaqlanan şəxslərdən 32 yaşlı V.Ağayev dalaşanları ayırmağa çalışırmış. O, 2 bıçaq yarası alıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı Lumu İsrəfilli sorğumuza cavab olaraq bildirib ki, martın 18-də Xətai rayonu ərazisində iki şəxsə kəsici-deşici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub:
“Əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 37 yaşlı Y.Qriqoryev polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Hazırda faktla araşdırma aparılır”.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.