AZ

İsveçrə Mərkəzi Bankı faiz dərəcəsini “sıfır”da saxladı

ain.az xəbər verir, Marja.az saytına əsaslanaraq.

Swiss National Bank (SNB, İsveçrə Mərkəzi Bankı ) Yaxın Şərqdə artan gərginlik və İsveçrə frankının həddindən artıq möhkəmlənməsi fonunda uçot dərəcəsini dəyişməyərək 0% səviyyəsində saxlayıb.

Bankın açıqlamasında bildirilib ki, bu göstərici inkişaf etmiş iqtisadiyyatlar arasında ən aşağı faiz səviyyələrindən biri olaraq qalır.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

SNB inflyasiya proqnozlarına yenidən baxaraq 2026-cı il üçün gözləntini 0,3%-dən 0,5%-ə yüksəldib. Eyni zamanda iqtisadi artım üzrə proqnoz təxminən 1% səviyyəsində saxlanılıb.

Açıqlamada vurğulanıb ki, Yaxın Şərqdə enerji qiymətlərinin artması gələcəkdə istehlak qiymətlərinə yuxarı yönlü təzyiq göstərə bilər.

Qlobal qeyri-müəyyənliklərin davam etdiyi bir şəraitdə SNB valyuta bazarına müdaxilə etməyə hazır olduğunu da bəyan edib. İsveçrə frankının sürətli bahalaşmasının idxalı ucuzlaşdıraraq inflyasiyanı zəiflətməsinə baxmayaraq, ixracyönümlü iqtisadiyyata mənfi təsir göstərdiyi qeyd olunub.

ABŞ və İsrailin İrana hücumlarından sonra artan gərginlik fonunda “təhlükəsiz liman” hesab edilən İsveçrə frankı avro qarşısında son 11 ilin ən yüksək səviyyəsinə çatıb.

Qərar qlobal mərkəzi banklar üçün intensiv həftədə qəbul edilib. Federal Reserve (FED, ABŞ Mərkəzi Bankı) də son iclasında faizləri 3,50–3,75% aralığında sabit saxlamışdır. Bazarlar həmçinin Avropa Mərkəzi Bankı (European Central Bank) və İngiltərə Mərkəzi Bankkı (Bank of England) də oxşar qərar verəcəyini gözləyir.

İş elanları AzVak.az-da

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
74
1
marja.az

2Mənbələr