AZ

PSJ Barkolanı itirdi

PSJ-nin cinah oyunçusu Bredli Barkola ciddi zədə alıb.

Msport.az xəbər verir ki, futbolçu UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində “Çelsi”yə qarşı keçirilən cavab oyununda meydanı xərəkdə tərk edib.

Görüşdə komandasının ikinci qolunu vuran 23 yaşlı oyunçu qısa müddət sonra zədələnib və oyunu davam etdirə bilməyib. Tibbi müayinədən sonra Barkolaya sağ topuğunda ağır burxulma diaqnozu qoyulub. Klub rəsmi açıqlamasında onun bir neçə həftə yaşıl meydanlardan uzaq qalacağını bildirib.

Bununla da, o, Fransa millisinin martdakı təlim-məşq toplanışını buraxacaq. Bundan əlavə, cinah oyunçusunun PSJ-nin Çempionlar Liqasının 1/4 final mərhələsində “Liverpul”la keçirəcəyi oyunda iştirak etməsi sual altına düşüb.

Seçilən
0
1
msport.az

2Mənbələr