AZ

Pezeşkian Laricaninin öldürülməsinə görə SEPAH-ı  ittiham edir, istefa variantını nəzərdən keçirir

İran prezidentinin təhlükəsizlik qurumları ilə ciddi fikir ayrılığı yaşadığı iddia olunur...

İran prezidenti Məsud Pezeşkianın ölkədə baş verən son hadisələr fonunda istefa vermə ehtimalını nəzərdən keçirdiyi iddia olunur.

Poliqon xəbər verir ki, bu barədə İsrailin 14-cü telekanalına istinadən məlumat yayılıb.

Məlumata görə, Pezeşkian İran İnqilab Keşikçiləri Korpusunu (SEPAH) yüksək vəzifəli şəxslərin, o cümlədən Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin ölümündə məsuliyyətli hesab edir.

İddialara əsasən, prezident Laricaninin həlak olmasını sadəcə səhlənkarlıq deyil, məqsədli şəkildə həyata keçirilmiş addım kimi qiymətləndirir. Bildirilir ki, bu hadisə Pezeşkianın narazılığını daha da artırıb və onun SEPAH-la münasibətlərində dərin böhrana səbəb olub.

İsrail telekanalının analitiki Dror Balazada tərəfindən təqdim olunan məlumatda qeyd edilir ki, İran rəhbərliyi daxilində fikir ayrılıqları getdikcə dərinləşir və bu, ölkənin siyasi sabitliyinə təsir göstərə bilər.

Eyni zamanda mənbələr iddia edir ki, SEPAH daxilində bəzi dairələr Laricaninin ölümündən narazı deyil və hətta əvvəlcədən onun və qardaşının “zərərsizləşdirilməsi” ilə bağlı planların hazırlandığı ehtimal olunur.

Bununla belə, yayılan məlumatlar rəsmi Tehran tərəfindən təsdiqlənməyib və iddiaların doğruluğu müstəqil mənbələr tərəfindən hələlik təsdiqini tapmayıb.

Analitiklər hesab edirlər ki, bu cür məlumatlar doğru olarsa, İran daxilində hakimiyyət strukturları arasında ciddi qarşıdurmanın göstəricisi ola bilər.

Poliqon.info

Seçilən
38
poliqon.info

1Mənbələr