ain.az, Redaktor.az portalına istinadən məlumat verir.
İran İsraildəki 80 hərbi hədəfə zərbə endirdiyini açıqlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.
İRİNA agentliyinin məlumatına görə, SEPAH-ın açıqlamasında bildirilib ki, “Əsl Vəd 4 Əməliyyatı”nın 63-cü dalğası çərçivəsində İsrailin cənub və mərkəzi hissəsində yerləşən 80 hərbi hədəf raket və dronlarla vurulub.
Məlumata əsasən, zərbələr Rişon LeZion şəhəri yaxınlığı, eləcə də Təl-Əvivin şərq və cənub istiqamətlərini əhatə edib.
Bundan başqa, SEPAH gecə saatlarında Küveyt, BƏƏ və Bəhreyndə yerləşən ABŞ hərbi bazalarına hücumlar barədə də məlumat verib.
Qeyd edək ki, daha əvvəl İran Prezidenti Məsud Pezeşkian Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin qətlinə görə sərt qisas alacağını bəyan etmişdi. İran tərəfi yaxın vaxtlarda ABŞ və İsrailə qarşı yeni silahlardan istifadə edə biləcəyi ilə də hədələmişdi.
Aminə ŞAHSUVARQIZI
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.