AZ

“Araz-Naxçıvan”ın iki legionerinə milli dəvət – ARENA.AZ

Azərbaycan Premyer Liqasında çıxış edən “Araz-Naxçıvan”ın 2 legioneri ölkələrinin milli komandalarına dəvət alıblar.

Arena.az bu barədə Naxçıvan klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Söhbət qapıçı Kristian Avram və hücumçu Felipe Santosdan gedir.

Kristian Avram Moldova milli komandasının martın 26-da Zimbru stadionunda Litva, 30-da isə Nikosiyada Kiprlə keçirəcəyi görüşlərdə baş məşqçinin şans verəcəyi təqdirdə meydana çıxa biləcək.

Felipe Santos isə martın 23-dən 31-nə qədər Benin millisinin düşərgəsində olacaq. O, martın 27-də Fələstin, 31-də isə Qvineya yığması ilə keçiriləcək qarşılaşmalar üçün milliyə dəvət alıb.

Xatırladaq ki, “Araz-Naxçıvan” Azərbaycan Premyer Liqasının cari mövsümündə qeyri-sabit çıxışı ilə diqqət mərkəzindədir. Komanda keçirdiyi 25 oyunda 11 qələbə qazanıb, 6 heç-heçə edib, 8 məğlubiyyətə üzülüb. Naxçıvan təmsilçisi topladığı 39 xalla 12 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
52
5
arena.az

10Mənbələr