AZ

Putin Laricaninin ölümü ilə bağlı Xameneiyə başsağlığı verdi

Rusiya Prezidenti Vladimir Putin İranın Ali Lideri Ayətullah Müctəba Xameneiyə Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin vəfatı ilə bağlı başsağlığı verib.

Missiya.Az "TASS"a istinadən xəbər verir ki, İranın dövlət televiziyası Vladimir Putinin göndərdiyi məktubu yayımlayıb.

"İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin vəfatı ilə əlaqədar dərin hüznlə başsağlığımı qəbul edin",-məktubda deyilir.

Putin Laricanini dəfələrlə görüşdüyü müdrik və irəliyə doğru düşünən siyasətçi kimi təsvir edib.

"Onunla dəfələrlə görüşmək imkanım olub. O, xalqının maraqlarını qətiyyətlə müdafiə edən müdrik və irəliyə doğru düşünən siyasətçi idi. Moskva ilə Tehran arasında hərtərəfli strateji tərəfdaşlığın inkişafı üçün çox iş görən Laricaninin xatirəsi qəlbimizdə yaşayacaq", - deyə Rusiya Prezidenti yekunlaşdırıb. 

İlahə Qənbərli

Missiya.Az

Seçilən
29
missiya.az

1Mənbələr