AZ

İsrailin bu açıqlaması Çini şoka salıb

Pekin İsrail rəsmilərinin ordunun artıq İran məmurlarını öldürmək üçün əlaqələndirməyə ehtiyac olmadığı barədə açıqlamalarından şoka düşüb.

Publika.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Tsyian cümə axşamı keçirilən brifinqdə bildirib.

Daha əvvəl İsrail Müdafiə naziri İsrael Kats bildirib ki, Müdafiə Qüvvələrinə (İMQ) siyasi rəhbərliyin əlavə razılığı olmadan istənilən yüksək vəzifəli İran rəsmisini öldürməyə icazə verilib.

Lin Tsyan bildirib ki, "Çin bu açıqlamadan şoka düşüb".

Diplomat vurğulayıb ki, Pekin beynəlxalq münasibətlərdə güc tətbiqinə qarşı davamlı olaraq çıxış edir və İran hökumət rəsmilərinin öldürülməsi və mülki hədəflərə hücumlar qəbuledilməzdir.

Seçilən
108
1
publika.az

2Mənbələr