AZ

“Vahid və sabit əmək haqqı sistemi korrupsiya hallarını da aradan qaldırır” Ekspert

525.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Dövlət qulluğu haqqında” hazırda qüvvədə olan qanuna görə dövlət qulluqçularının əmək haqqının tərkibi maaşdan, ona əlavələrdən və mükafatlardan ibarətdir. Əlavələr də əsasən staja və dövlət səlahiyyətlərinə görə nəzərdə tutulub. İndi qanuna edilən dəyişikliyə görə dövlət qulluqçularının əmək haqqı sistemi optimallaşdırılır. Vahid və sabit əmək haqqı sisteminə keçilir ki, bu da beynəlxalq təcrübədə geniş yayılıb. 

Bu barədə 525.az-a Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov müvafiq qanunvericilik aktlarına edilən dəyişiklikləri şərh edərkən bildirib.

Ekspert deyib ki, söhbət sabit əmək haqqından gedir ki, məsələn, Qərb ölkələrində şəxs bilir ki, onun illik əmək haqqı nə qədərdir: “Bizdə də həmin sistemə keçid olacaq. Vahid əmək haqqına həmin əlavə və mükafatları əlavə etməklə sabit və vahid əmək haqqı yaradılacaq”. 

S.Məmmədov bildirib ki, bunun bir neçə müsbət tərəfləri var: 

“Birincisi, dediyim kimi bu, dünya təcrübəsində geniş yayılıb. İkincisi, bütün dövlət qulluqçuları arasında, məsələn, işə yeni qəbul olunan dövlət qulluqçularının stimullaşdırılması baxımından əhəmiyyətlidir. Çünki indiki əmək haqqına nisbətən onların əmək haqqında işlədikləri dövlət kateqoriyasından asılı olaraq və dövlət qulluğundakı təsnifata uyğun olaraq artım olacaq. İkincisi, burada hər hansı sui-istifadə, korrupsiya halları aradan qalxır. Yəni bir dövlət orqanında tutaq ki, işçilərdən hansınasa mükafat verilir, digərinin bəzi səbəbdən, ya inzibati tənbehə görə və s. mükafatı kəsilirdi. Artıq burda stabilləşmə olacaq. Dövlət qulluqçusu biləcək ki, əmək funksiyasını yerinə yetiribsə, stabil əmək haqqı alacaq. Bu da bir müsbət tərəfdir. Nəhayət əsas məsələlərdən biri də proqnozlaşdırıla bilən olmasıdır. Yəni maliyyə orqanları, konkret Maliyyə Naziliyi, müvafiq qurumlar, hökumət biləcək ki, əvvəlcədən cari ildə, növbəti ildə nə qədər əmək haqqı fondu olacaq. Əvvəl bunu müəyyən etməkdə, proqnozlaşdırmaqda problemlər var idi. Ümumiyyətlə bu yeni bir modeldir, hesab olunur ki, həm də korrupsiya ilə mübarizədə mühüm rol oynaya bilər. Dünyada aparılan araşdırmaların nəticələri göstərir ki, dövlət qulluqçularının əmək haqqı artdıqca korrupsiyanın göstəricilərinin faizi aşağı düşür. Korrupsiyanı yaradan səbəblərdən biri də məhz dövlət qulluqçusunun əmək haqqının aşağı olmasıdır. Ailənin təminatını çatdırmayanda belə qanun pozuntusuna yol verməyə daha çox meyilli olurlar. Həm də bu korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində həyata keçirilən islahat kimi də qəbul edilə bilər”.  

Sahib Məmmədov söyləyib ki, bu model Avropa ilə yanaşı Sinqapurda, Honk-Konqda, bir sıra qonşu ölkələrdə, o cümlədən Gürcüstanda, ənənəsinə və sisteminə görə bizə nisbətən yaxın olan Şərqi Avropa ölkələri üçün də xarakterkdir. 

Pərvanə Sultanova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
96
525.az

1Mənbələr